Avropa Komissiyası Fələstinə humanitar yardım üçün 125 milyon dollar ayırır

Avropa Komissiyası Fələstinə humanitar yardım üçün 125 milyon dollar ayırır
# 09 dekabr 2023 00:25 (UTC +04:00)

Avropa Komissiyası (AK) 2024-cü ildə Fələstinə humanitar yardım üçün 125 milyon avro ayıracaq.

APA-nın məlumatına görə, bu barədə AK-nin saytında dərc olunan məlumatda deyilir.

“Yaxın Şərqdə humanitar vəziyyət pisləşməkdə davam etdiyi üçün Avropa Komissiyası 2024-cü ildə Fələstin xalqına humanitar yardım üçün 125 milyon avro ayıracaq”, - bəyanatda deyilir.

Qeyd olunur ki, bu maliyyə həm Qəzza zolağında, həm də İordan çayının qərb sahilində fəaliyyət göstərən humanitar təşkilatlara dəstək üçün istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR