BƏƏ Prezidenti iqlimin maliyyələşdirilməsi üçün 30 milyard dollarlıq fond ayıracaq

BƏƏ Prezidenti iqlimin maliyyələşdirilməsi üçün 30 milyard dollarlıq fond ayıracaq
# 01 dekabr 2023 15:39 (UTC +04:00)

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan BMT-nin Dubayda keçirilən COP28 sammitində iqlimin maliyyələşdirilməsi üçün 30 milyard dollarlıq fond ayıracağını vəd edib.

APA-nın BƏƏ-yə ezam olunmuş müxbiri xəbər verir ki, BƏƏ Prezidenti BMT-nin İqlim Dəyişikliyi Konfransında çıxışında deyib.

O bildirib ki, bu vəsait Qlobal Cənub ölkələri üçün maliyyələşmənin yaxşılaşdırılması, daha ədalətli iqlim maliyyə sistemi yaratmaq üçün beynəlxalq səylərə təkan verəcək yeni iqlim dəyişikliyi ilə mübarizə mexanizmi ALTÉRRA üçündür.
ALTÉRRA iqlim dəyişikliyi ilə mübarizə üçün dünyanın ən böyük özəl investisiya vasitəsinə çevrilib və 2030-cu ilə qədər qlobal miqyasda 250 milyard dolları səfərbər etməyi hədəfləyəcək.

Fond özəl bazarları iqlim sərmayələrinə yönəltmək və diqqəti inkişaf etməkdə olan bazarların və inkişaf etməkdə olan iqtisadiyyatların transformasiyasına yönəltmək məqsədi daşıyır.

"Mən qlobal iqlim həlləri üçün 30 milyard dollarlıq bir fondun yaradılmasını elan etməkdən məmnunam. Bu fond iqlim dəyişikliyi ilə mübarizədə maliyyə boşluğunu aradan qaldırmaq üçün nəzərdə tutulub", - Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR