Britaniya, Fransa, Niderland və Almaniyanın səfirliklərinin rəhbərləri İran XİN-ə çağırılıb

Britaniya, Fransa, Niderland və Almaniyanın səfirliklərinin rəhbərləri İran XİN-ə çağırılıb
# 12 sentyabr 2024 17:10 (UTC +04:00)

Böyük Britaniya, Fransa, Niderland və Almaniyanın səfirliklərinin rəhbərləri İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Məlumata görə, “Ukrayna münaqişəsi ilə bağlı qeyri-konstruktiv bəyanatlardan və İrana qarşı sanksiyaların tətbiqindən sonra Tehrandakı Böyük Britaniya, Fransa, Niderland və Almaniyanın diplomatik nümayəndə heyətlərinin başçıları bu gün Xarici İşlər Nazirliyinə çağırılıb”.

Görüşdə İran XİN-in Qərbi Avropa ölkələri idarəsinin rəisi Məcid Nili Əhmədabadi ölkəsinin Ukrayna münaqişəsi ilə bağlı açıq və bəyan edilmiş mövqeyini bir daha vurğulayıb.

Bildirilib ki, əvvəllər də qeyd edildiyi kimi, “İran İslam Respublikasının Rusiyaya ballistik raket satışı ilə bağlı hər hansı iddia tamamilə əsassız və yalandır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR