Britaniya kəşfiyyatı: Çin sualtı qayığında 55 dənizçi həlak olub

Britaniya kəşfiyyatı: Çin sualtı qayığında 55 dənizçi həlak olub
# 04 oktyabr 2023 05:54 (UTC +04:00)

Çinə məxsus sualtı qayığın Sarı dənizdə qəzaya uğraması nəticəsində göyərtədə olan 55 dənizçi həlak olub.

APA-nın məlumatına görə, bu barədə “Daily Mail” qəzeti Britaniya kəşfiyyat xidmətinin hesabatına istinadən məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, faciə avqustun 21-də baş verib. Çin sualtı qayığı Amerika sualtı qayıqları üçün nəzərdə tutulmuş zəncir və lövbərlərdən hazırlanmış tələyə düşüb. Nəticədə 55 Çin hərbçisi həlak olub. Ölənlər arasında 22 zabit, 7 kursant, 9 çavuş və 17 matros var. Sualtı qayığın kapitanı da dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR