Bu il 23 Türkiyə vətəndaşı müqəddəs torpaqlarda dünyasını dəyişib

Bu il 23 Türkiyə vətəndaşı müqəddəs torpaqlarda dünyasını dəyişib
# 19 iyun 2024 05:17 (UTC +04:00)

Bu il 23 Türkiyə vətəndaşı müqəddəs torpaqlarda həcc ziyarətini yerinə yetirərkən dünyasını dəyişib.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, həcc ziyarəti zamanı dünyasını dəyişənlərin çoxu ürək-damar xəstəlikləri və yoluxucu xəstəliklərdən dünyasını dəyişib.

Bu il Türkiyədən həcc ziyarəti üçün müqəddəs torpaqlara gələn 84 mindən çox vətəndaşın 53 faizi qadın, 47 faizi isə kişi olub. Zəvvar namizədlərin orta yaşı 60-dır. Türkiyə Diyanət İdarəsinin məlumatına görə səhiyyə xidmətləri çərçivəsində 56 mindən çox müayinə aparılıb.

Məlum olub ki, həcc ziyarəti zamanı dünyasını dəyişən 23 Türkiyə vətəndaşının çoxunun ölümünə səbəb ürək-damar xəstəlikləri və infeksion xəstəliklər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR