Cənubi Koreya ABŞ-dan bütün mallarını rüsumlardan azad etməyi istəyib

Cənubi Koreya ABŞ-dan bütün mallarını rüsumlardan azad etməyi istəyib
# 16 may 2025 22:19 (UTC +04:00)

Cənubi Koreyanın ticarət, sənaye və energetika naziri An Dok-kın ABŞ-ın ticarət müşaviri Ceymison Grir ilə görüşü zamanı Cənubi Koreya malları üçün bütün gömrük rüsumlarının ləğvini istəyib.

APA xəbər verir ki, bu haqda ölkənin Ticarət, Sənaye və Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Müvafiq qurumlar arasında sıx məsləhətləşmələr davam edir və biz öz mövqeyimizi ətraflı şəkildə bildiririk. Buna əsaslanaraq, biz ardıcıl olaraq mallarımızın qarşılıqlı və sektor rüsumlarından azad edilməsini xahiş edirik", - nazir deyib.

Nazir onu da qeyd edib ki, ölkəsi problemin həlli üçün qarşılıqlı faydalı variantları axtarmaqda davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR