Cənubi Koreya prezidenti Yun Sok Yol Şimali Koreya ilə dialoqa başlanmasını təklif edib.
APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.
Ölkə lideri xalqa müraciətində gərginliyin azaldılması və iqtisadi əməkdaşlığın bərpası üzrə məşvərətçi orqanın yaradılmasını barədə də təklif irəli sürüb.
O qeyd edib ki, bu məsələnin reallaşması yalnız rəsmi Pxenyan nüvəsizləşdirmə istiqamətində ilkin addımlar atacağı halda mümkündür.
Y. S. Yolun fikrincə, dialoq və tərəfdaşlıq ölkələrarası münasibətlərdə əhəmiyyətli irəliləyişə səbəb ola bilər.