Çin ABŞ ilə bu ölkə arasında silahlanmaya və silahların yayılmamasına nəzarət üzrə məsləhətləşmələri dayandırıb.
APA-nın “Xinhua” agentliyinə istinadən xəbərinə görə, bu barədə Çinin Xarici İşlər Nazirliyindən açıqlama verilib.
O da bildirilib ki, sözü gedən addım rəsmi Vaşinqtonun Tayvana silah satmasına cavab olaraq atılıb.