Çində 100-dən çox avtomobil toqquşub, xəsarət alanlar var

Çində 100-dən çox avtomobil toqquşub, xəsarət alanlar var
# 23 fevral 2024 15:05 (UTC +04:00)

Çinin Suçjou şəhərində magistral avtomobil yolunda baş vermiş zəncirvarı qəzada 100-dən çox avtomobil toqquşub.

APA “Reuters”ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, qəza nəticəsində yaralanmış üç nəfər xəstəxanaya yerləşdirilib, daha 6 nəfər isə yüngül xəsarət alıb.

Sosial şəbəkələrdə paylaşılan videolarda çox sayda avtomobilin magistral yolda qalaqlandığı, şüşə qırıntıları və avtomobil hissələrinin ətrafa səpələndiyi görünür.

Polis yolda nəqliyyat vasitələrinin hərəkətinin bərpa olunduğunu, qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Qeyd edək ki, son günlərdə Çinin böyük hissəsində havaların kəskin soyuması çovğun və doluya səbəb olub, nəticədə milyonlarla insanın nəqliyyat vasitəsindən istifadəsi çətinləşib.

Lamiyə Şirinova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR