Çində binada yanğın olub, 15 nəfər ölüb

Çində binada yanğın olub, 15 nəfər ölüb
# 24 fevral 2024 06:11 (UTC +04:00)

Çinin Tsaynzu əyalətində yaşayış binasında güclü yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Nankin şəhərindən qeydə alınan yanğında 15 nəfər ölüb, 44 nəfər yaralanıb.

İlkin araşdırma zamanı məlum olub ki, yanğın elektriklə işləyən mopedlərin yerləşdiyi binanın birinci mərtəbəsində baş verib.

İstintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR