Çində yük gəmisi körpünü dağıdıb, azı iki nəfər ölüb

Çində yük gəmisi körpünü dağıdıb, azı iki nəfər ölüb
# 22 fevral 2024 11:17 (UTC +04:00)

Çində yük gəmisinin körpüyə çırpılması nəticəsində azı iki nəfər ölüb, bir ekipaj üzvü yaralanıb.

APA CNN-ə istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Quançjou əyalətində baş verib.

Yerli KİV-in məlumatına görə, karqo gəmisinin Pearl çayı üzərindəki Lixinşa körpüsünü dağıtması nəticəsində iki avtomobil suya, daha üçü isə karqo gəmisinin göyərtəsinə düşüb.

Hadisə yerinə polis gəmiləri, həmçinin dəniz axtarış-xilasetmə xidməti cəlb olunub.

Lamiyə Şirinova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR