Əl Şaraa: Suriya hakimiyyəti əvvəlki rejimin ideologiyasının yenidən canlanmasına imkan verməyəcək

Əhməd Əl-Şaraa

© APA | Əhməd Əl-Şaraa

# 15 may 2025 03:49 (UTC +04:00)

Suriya hakimiyyəti ölkənin parçalanmasına və əvvəlki rejimin ideologiyasının yenidən canlanmasına imkan verməyəcək.

APA “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə Ərəb Respublikasının keçid dövrü üzrə prezidenti Əhməd Əl-Şaraa vətəndaşlara müraciətində bildirib.

“Suriya bir daha hakimiyyət uğrunda mübarizə meydanına və ya xarici ambisiyaların reallaşdırıldığı bir sahəyə çevrilməyəcək. Biz ölkənin və xalqımızın parçalanmasına yönəlmiş əvvəlki rejimin ideologiyasının yenidən dirçəlməsinə yol verməyəcəyik”, – deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR