Ərdoğan BMT Baş katibi ilə Qəzzada baş verənləri müzakirə edib

Ərdoğan BMT Baş katibi ilə Qəzzada baş verənləri müzakirə edib
# 28 noyabr 2023 19:18 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Qəzzada baş verənlər müzakirə edilib:

“Prezident Ərdoğan beynəlxalq ictimaiyyətin gözü qarşısında İsrailin beynəlxalq hüququ, müharibə qanununu, humanitar hüququ pozmağa davam etdiyini və beynəlxalq hüquq qarşısında törətdiyi cinayətlərə görə cavab verməli olduğunu bildirib. Ərdoğan İsrailin Qəzza hücumlarında 100-dən çox Birləşmiş Millətlər Təşkilatı əməkdaşının hayatını itirməsi ilə bağlı Quterreşə başsağlığı verib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR