Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Mark Rutte Rusiya-Ukrayna müharibəsini müzakirə edib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Ərdoğan Rutte ilə görüşü zamanı Türkiyənin Ukrayna-Rusiya müharibəsini uzunmüddətli və ədalətli sülhlə sona çatdırmaq üçün səylərini artırdığını diqqətə çatdırıb.
O, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar apardığını, Türkiyənin hərtərəfli atəşkəs əldə olunmasını qətiyyətlə dəstəklədiyini, NATO-nun bu müharibənin bir parçası olmaması mövqeyini müdafiə etdiyini, sülh fürsətinin əldən verilməməsi lazım olduğunu bildirib.
15:55
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutteni qəbul edib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Prezident Kompleksində keçirilən görüş mətbuata qapalı keçirilib.
Görüşdə xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Qeyd edək ki, 14-15 may tarixlərində Antalyada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.