Fələstin lideri gələn həftə Türkiyəyə səfər edəcək

Fələstin lideri gələn həftə Türkiyəyə səfər edəcək
# 02 mart 2024 14:17 (UTC +04:00)

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas gələn həftə Türkiyəyə səfər edəcək.

APA xəbər verir ki, səfər barədə Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu çərçivəsində bildirib.

5 mart tarixində baş tutacaq səfər zamanı Qəzza zolağı ətrafındakı vəziyyət müzakirə ediləcək.

Xatırladaq ki, ötən ilin 7 oktyabrında HAMAS İsrailin cənubuna hücum edib və bu hücum nəticəsində 1200-dən çox israilli qətlə yetirilib.

İsrail rəsmiləri bildirib ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir. HAMAS həmin hücumda 240-dan çox israillini girov götürüb.

İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HAMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb, anklava hava zərbələri endirib.

24 oktyabrdan etibarən İsrail Qəzzada yerüstü hərbi əməliyyatlara başlayıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində 31 min nəfərə yaxın insan həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR