Filippində 6,8 bal gücündə zəlzələ olub

Filippində 6,8 bal gücündə zəlzələ olub
# 04 dekabr 2023 00:54 (UTC +04:00)

Filippin sahillərində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar əhalisi 309 min nəfər olan Butuan şəhərindən 117 km şərqdə qeydə alınıb.

Zəlzələ ocağı yerin 39 km dərinliyində yerləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR