Filippində universitetdə törədilən terrorda ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB

Filippində universitetdə törədilən terrorda ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB
# 04 dekabr 2023 05:24 (UTC +04:00)

Filippində universitetdə törədilən terror aktında ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə “Manila Times” məlumat yayıb.

Ölənlərin sayı 11 nəfərə çatıb.

Maravi şəhərində Mindanao Dövlət Universitetinin idman zalının binasında baş verən partlayışda 46 nəfərin yaralandığı bildirilir.

Reuters agetliyinin məlumatına görə, hücuma görə məsuliyyəti İslam Dövləti öz üzərinə götürüb.

***

03.12.2023

Saat 06:24

Filippinin cənubunda universitetin idman zalında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən “Manila Bulletin” məlumat yayıb.

"Dekabrın 3-də Maravi şəhərində kütləvi aksiya zamanı partlayış baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb", - məlumatda deyilir.

Portalın məlumatına görə, partlayış Mindanao Dövlət Universitetinin binasında katolik mərasimi zamanı baş verib.

Polisin məlumatına görə, hazırda qumbara, yoxsa əldəqayırma partlayıcıdan istifadə edildiyi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR