Filippindəki Kanlaon vulkanı aktivləşib

Filippindəki Kanlaon vulkanı aktivləşib
# 13 may 2025 05:34 (UTC +04:00)

Filippinin mərkəzi Neqros adasında yerləşən Kanlaon vulkanı aktivləşib.

APA xəbər verir ki, bu haqda Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (PHIVOLCS) məlumat yayıb.

Bu gücə yerli vaxtla gecə saat 02:55-də Kanlaon vulkanının zirvə kraterində orta dərəcədə partlayıcı püskürmə baş verib və nəticədə 4,5 kilometr hündürlüyə çatan kül və tüstü sütunu əmələ gəlib. Vulkanın püskürməsi 5 dəqiqə davam edib

Qeyd edək ki, vulkan Negros Ossidental və Negros Oriental əyalətləri arasında yerləşən Kanlaon arxipelaqdakı 24 aktiv vulkandan biridir.

Vulkanın hündürlüyü 2,4 min metrdən çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR