Hakan Fidan Misirə rəsmi səfər edib

Hakan Fidan, Türkiyə xarici işlər naziri

© APA | Hakan Fidan, Türkiyə xarici işlər naziri

# 04 avqust 2024 18:11 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə rəsmi səfər edib.

APA-nın “Hurriyet”-ə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Hakan Fidan Misirin yeni xarici işlər naziri Badr Abdellaty ilə görüşəcək.

Görüşdə Misir Prezidenti Abdelfattah es-Sisinin Türkiyəyə planlaşdırılan ilk səfərinə hazırlıq, iki ölkə arasında imzalanması nəzərdə tutulan 20-yə yaxın anlaşma ilə bağlı müzakirə aparılacaq.

Qeyd edək ki, Hakan Fidan öncə Misirlə Qəzza sərhədindəki Rafah sərhəd-keçid məntəqəsinin qarşısına gəlib, İsrailin Qəzzada əməliyyatları dayandırması üçün beynəlxalq ictimaiyyətin təzyiqləri artırmasını vacib sayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR