HAMAS İsrail əsilli amerikalı əsiri azad edib - YENİLƏNİB

Edan Aleksandr

© APA | Edan Aleksandr

# 12 may 2025 19:23 (UTC +04:00)

HAMAS İsrail əsilli amerikalı əsir Edan Aleksandrı Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.

APA xəbər verir ki, bu barədə "Kan" məlumat yayıb.

Bildirilib ki, Edan Aleksandr azad edilib və o, hazırda Qızıl Xaçın avtomobilləri ilə İsrailə gedir.

***

13:39

HAMAS 2023-cü ilin oktyabr ayından Qəzzada saxlanılan ikili vətəndaşlığı (ABŞ-İsrail) olan əsir Edan Aleksandrı bu gün azad edəcək.

APA xəbər verir ki, bu barədə HAMAS açıqlama yayıb.

Bildirilib ki, İsrail əsilli amerikalı əsir Edan Aleksandrın azad edilməsi Qəzza zolağının cənubundakı Xan Yunisdə baş tutacaq. Onun bu gün mərasimsiz şəkildə sərbəst buraxılması planlaşdırılır.

Qeyd edək ki, HAMAS ötən gün Edan Aleksandrın azad ediləcəyini açıqlamışdı.

Məlumata görə, Edan Aleksandrın azad edilməsi üçün ABŞ və HAMAS arasında danışıqlar son 5 gün ərzində aparılıb.

“Atəşkəs üçün davam edən vasitəçilik səyləri çərçivəsində HAMAS son günlər ABŞ administrasiyası ilə əlaqə saxlayıb və böyük pozitivlik nümayiş etdirir. İsrail əsgəri Edan Aleksandrın azad edilməsi atəşkəsə nail olmaq, keçidləri açmaq və Qəzzaya yardıma icazə vermək üçün atılan addımların bir hissəsi olacaq”, - HAMAS-ın bəyanatında qeyd olunub.

HAMAS həmçinin bu müddət ərzində vasitəçilik edən Qətər, Misir və Türkiyənin səylərini yüksək qiymətləndirdiyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR