Hindistan Ukrayna sülh sammitində iştirak edəcək

Hindistan Baş naziri Narendra Modi

© APA | Hindistan Baş naziri Narendra Modi

# 20 may 2024 16:15 (UTC +04:00)

Hindistan Ukrayna sülh sammitində iştirak edəcək.

APA xəbər verir ki, bu barədə Hindistan Baş naziri Narendra Modi PTI-ya müsahibəsində bildirib.

Baş nazir deyib ki, Hindistan bu sammitlərdə qlobal diskursu formalaşdırmaq və insan mərkəzli inkişaf, firavan və sülhsevər dünya istiqamətində baxışı inkişaf etdirmək üçün "Qlobal Cənubun səsi olacaq".

“Vaxt, logistika və paralel öhdəliklər iştirak səviyyəsində amil olacaq", - Baş nazir Modi iki çoxtərəfli toplantıda iştirak edib-etməyəcəyi ilə bağlı suala cavabında deyib.

Modi deyib ki, Hindistana sammitlərdə iştirak etmək üçün göndərilən dəvətlər onun əhəmiyyətinin və beynəlxalq məsələlərə verdiyi töhfənin etirafıdır.

"Bunlar dünya bir ailədir fəlsəfəmizə uyğun olaraq güclü qlobal əlaqəni əks etdirir. Hindistan qlobal sülh, təhlükəsizlik və inkişafın gündəmini təşviq edən bütün mühüm sammitlərdə iştirak edəcək", - Baş nazir Narendra Modi qeyd edib.

Xatırladaq ki, Ukrayna sülh sammiti 15-16 iyunda İsveçrədə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR