Hindistan və Pakistan qüvvələrini münaqişədən əvvəlki mövqelərə çəkməyə razılaşıb

Hindistan və Pakistan qüvvələrini münaqişədən əvvəlki mövqelərə çəkməyə razılaşıb
# 20 may 2025 15:54 (UTC +04:00)

Hindistan və Pakistan may ayının sonuna qədər qüvvələrini münaqişədən əvvəlki mövqelərə çəkməyə razılaşıblar.

APA xəbər verir ki, bu barədə Pakistanın yüksək rütbəli təhlükəsizlik rəsmisi AFP-yə bildirib.

Məlumat görə, 2 dövlət son münaqişə zamanı yerləşdirilən öz qoşunlarını may ayının sonuna qədər sülh dövründəki mövqelərinə geri çəkməyə razılaşıb.

Qeyd edək ki, 10 mayda Pakistan və Hindistan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra tam və dərhal atəşkəsə nail olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR