“Hizbullah” Tel-Əviv yaxınlığındakı Qlilot hərbi bazasına hücum etdiyini iddia edib

“Hizbullah” Tel-Əviv yaxınlığındakı Qlilot hərbi bazasına hücum etdiyini iddia edib
# 08 oktyabr 2024 04:45 (UTC +04:00)

“Hizbullah” təşkilatı bazar ertəsi İsrailin şimalında bir neçə hərbi obyektə hücum edib.

APA xəbər verir ki, qurumun hərbi informasiya xidmətinin “Telegram” kanalında yerləşdirilmiş hesabatında bildirilir ki, döyüşçülərin əsas hədəfi Tel-Əviv yaxınlığındakı Ramat-Haşaron bölgəsindəki İsrailin Qlilot hərbi kəşfiyyat bazası olub.

“Müqavimət qüvvələri Qlilot kəşfiyyat mərkəzinə bir neçə raket atıb. Bu əməliyyat İsrail təyyarələri tərəfindən həyata keçirilən vəhşi bombardmana cavab olaraq Livan və onun xalqının müdafiəsi üçün həyata keçirilib”, - deyə mətndə bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR