Husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini vurub

Husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini vurub
# 24 iyun 2024 05:14 (UTC +04:00)

Yəməndə husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini qanadlı raket və pilotsuz dəniz aparatı vasitəsilə vurduqlarını açıqlayıblar.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, husilərin sözçüsü Yəhya Seri açıqlamasında “Transworld Navigator” adlı gəminin Qırmızı dənizdə pilotsuz dəniz aparatı ilə hədəf alındığını deyib.

Seri həmçinin “Stolt Sequoia” adlı başqa bir gəminin də Hind okeanında qanadlı raketlə müvəffəqiyyətlə vurulduğunu açıqlayıb.

Onun sözlərinə görə gəmilər "işğal olunmuş Fələstin limanlarına giriş qadağasını" (husilərin elan etdiyi qadağa) pozduqları üçün vurulublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR