İndoneziyada daşqın zamanı 1 nəfər ölüb, 11 nəfər itkin düşüb

İndoneziyada daşqın zamanı 1 nəfər ölüb, 11 nəfər itkin düşüb
# 03 dekabr 2023 17:20 (UTC +04:00)

İndoneziyanın Şimali Sumatra əyalətində Toba gölü yaxınlığında baş verən daşqın nəticəsində 1 nəfər ölüb, 11 nəfər itkin düşüb.

APA xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar idarəsi BNPB məlumat yayıb. Reuters-in məlumatına görə, onlarla insan təxliyə edilib və xilasetmə işləri davam edir.

BNPB şənbə günü axşam yaydığı bəyanatda bildirib ki, cümə günü axşam saatlarında Toba gölünün sahilləri boyunca yağan leysan yağış və daşqınlar onlarla evə, kilsəyə, məktəbə və otelə ziyan vurub.

Qeyd edək ki, dünyanın ən böyük vulkanik gölü olan Toba gölü indoneziyalılar və xarici qonaqlar üçün məşhur turizm məkanıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR