İndoneziyada güclü tornado nəticəsində 33 nəfər xəsarət alıb

İndoneziyada güclü tornado nəticəsində 33 nəfər xəsarət alıb
# 22 fevral 2024 13:01 (UTC +04:00)

İndoneziyada güclü tornado nəticəsində xəsarət alanların sayı 33 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə təbii fəlakətin baş verdiyi Qərbi Yava əyalətinin yerli hakimiyyət orqanları məlumat yayıb.

Tornado 60-dan çox yaşayış binasına ziyan vurub, dağıntılar və ağacların aşması nəticəsində 33 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Hazırda baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR