İordan çayının qərb sahilində İsrail vətəndaşı öldürülüb

İordan çayının qərb sahilindəki Qalkilya qəsəbəsində avtomobilində güllələnmiş vəziyyətdə tapılan israillinin maşını

© APA | İordan çayının qərb sahilindəki Qalkilya qəsəbəsində avtomobilində güllələnmiş vəziyyətdə tapılan israillinin maşını

# 22 iyun 2024 11:32 (UTC +04:00)

İordan çayının qərb sahilində İsrail vətəndaşı öldürülüb.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, İordan çayının qərb sahilində Qalkilya qəsəbəsində İsrail vətəndaşı maşınında güllələnib.

Fələstin təhlükəsizlik mənbələri "Ynet" xəbər saytına bildiriblər ki, həmin şəxs Fələstin Qızıl Ayparası tərəfindən İsrail təcili yardım xidmətinə təhvil verilib.
Sosial şəbəkələrdə yayılan görüntülər güllələnən şəxsin avtomobilinin daha sonra yandırıldığını göstərir.

İsrail Müdafiə Qüvvələri naməlum silahlı şəxslər tərəfindən avtomobilində vurulan israillinin öldüyünü bildirib. IDF-nin məlumatına görə əraziyə ordu daxil olub, IDF və İsrail polisi insidentlə bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR