İordaniya kralı II Abdullah Cəfər Həsəni yeni baş nazir təyin edib.
APA xəbər verir ki, bu barədə kralın ofisi məlumat yayıb.
“Əlahəzrət Kral II Abdullah Cəfər Həsənə Bişer əl-Xəsevnənin kabinetinin istefasını qəbul etdikdən sonra yeni kabineti formalaşdırmağı tapşırıb”, - məlumatda deyilir.