İran parlamentinin sədri Beyruta səfəri zamanı təyyarəni özü idarə edib

İran parlamentinin sədri Beyruta səfəri zamanı təyyarəni özü idarə edib
# 12 oktyabr 2024 12:04 (UTC +04:00)

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Livana rəsmi səfəri zamanı təyyarəni özü idarə edib.

APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, Qalibaf Parlamentlərarası İttifaqın Assambleyası üçün Cenevrəyə yola düşməzdən əvvəl Beyrutda səfər edib.

“Hədəf yerim Cenevrə olsa da parlamentin sədri Nəbih Berrinin Beyruta səfər dəvətini qəbul etdim. Ali Rəhbər və İran prezidentinin Livan xalqına mesajlarını çatdırmaq üçün gəldim. Livan hökumətinə, xalqına və Müqavimət hərəkatına sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik”, - spiker Beyrut hava limanında mətbuata açılamasında bildirib.

Qeyd edək ki, İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Qalibafın səfəri zamanı Livana tibbi ləvazimat və avadanlıqların çatdırıldığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR