İran prezidenti Məsud Pezeşkian Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak edəcək.
APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi dövlət televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, Pezeşkian Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak edəcək və bir sıra görüşlər keçirəcək.