İran xarici işlər nazirinə yeni müavin və müşavir təyin edilib

İran xarici işlər nazirinə yeni müavin və müşavir təyin edilib
# 10 sentyabr 2024 04:25 (UTC +04:00)

İranın xarici işlər naziri Abbas Araqçi Məcid Təxt Rəvançini xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini, Əli Baqerini isə xarici işlər nazirinin müşaviri təyin edib.

APA xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Bildirilib ki, xarici işlər naziri Abbas Araqçi Məcid Təxt Rəvançini siyasi məsələlər üzrə müavin vəzifəsinə təyin edib.

Məcid Taxt Rəvançi əvvəllər Beynəlxalq Assambleyalar direktorunun müavini, Birləşmiş Millətlər Təşkilatının ofisinin rəhbəri, İranın BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini, xarici işlər nazirinin xüsusi köməkçisi, İranın İsveçrə və Lixtenşteyndəki səfiri, müşaviri vəzifələrində çalışıb.

Bundan əlavə Əli Baqeri Kəni xarici işlər nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Hüseyn Əmir Abdullahianın mayın 19-da helikopter qəzasında həlak olmasından sonra Baqeri xarici işlər naziri vəzifəsini icra edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR