İranın Atom Enerjisi Təşkilatı ölkənin nüvə obyektlərinə hücumları təsdiqləyib.
APA xəbər verir ki, bu haqda təşkilatın bəyanatında deyilir.
“İsfahan, Natanz və Fordodakı nüvə obyektləri düşmənin hücumuna məruz qalıb", - bəyanatda deyilir.
Təşkilat onu da bildirib ki, İranın nüvə obyektlərinə zərbələr beynəlxalq hüququn pozulmasıdır.