İranın Konstitusiya Keşikçiləri Şurası prezident seçkilərinin tarixini təsdiqləyib

İranın Konstitusiya Keşikçiləri Şurası prezident seçkilərinin tarixini təsdiqləyib
# 21 may 2024 15:29 (UTC +04:00)

İranın Konstitusiya Keşikçiləri Şurası növbədənkənar prezident seçkilərinin iyunun 28-də keçiriləcəyini təsdiqləyib.

APA-nın məlumatına görə, müvafiq qərar şuranın bugünkü iclasında qəbul edilib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR