İranın şərqində neft emalı zavodunda yanğın baş verib

İranın şərqində neft emalı zavodunda yanğın baş verib
# 10 dekabr 2023 12:05 (UTC +04:00)

İranın şərqindəki Cənubi Xorasan əyalətində neft emalı zavodunda yanğın başlayıb.

APA xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Məlumata görə, insident yerli vaxtla saat 08:45-də Bircənd xüsusi iqtisadi zonasında yerləşən neftayırma zavodunda baş verib. Kondensat çənlərindən biri yanıb.

Hadisə yerinə 3 yanğınsöndürmə briqadası və xilasedicilər göndərilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını nəzarətə götürüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Agentlik yanğının səbəbləri barədə məlumat verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR