İraq 25 Əfqanıstan vətəndaşını azadlığa buraxıb

İraq 25 Əfqanıstan vətəndaşını azadlığa buraxıb
# 28 sentyabr 2023 12:20 (UTC +04:00)

İraq 25 nəfər Əfqanıstan vətəndaşını azadlığa buraxıb.

APA Əfqanıstanın “Hasht-e Subh Daily” nəşrinə istinadən xəbər verir ki, bu barədə Taliban rejiminin Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Hafiz Ziya Əhməd məlumat yayıb.

XİN rəsmisinin sözlərinə görə, əfqanların Bağdadda saxlanılmasına səbəb kimi sənədlərinin olmaması göstərilib.

Həmin şəxslər azadlığa buraxıldıqdan sonra Əfqanıstana qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR