İsrail BMT-nin koordinatorunun yaşayış icazəsini ləğv edir

İsrail  xarici işlər nazir Eli Kohen

© APA | İsrail xarici işlər nazir Eli Kohen

# 06 dekabr 2023 11:26 (UTC +04:00)

İsrail BMT-nin bu ölkədəki humanitar məsələlər üzrə koordinatorunun yaşayış icazəsini ləğv edir.

APA xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Kohen "X" hesabında bildirib.

"Daha BMT-nin qərəzli mövqeyi qarşısında susmayacağıq! Mən BMT-nin “humanitar” koordinatoru Lin Hastinqsin İsraildə yaşayış vizasını ləğv etmək qərarına gəldim. 1200 israillinin vəhşicəsinə qətl etdiyinə, körpələri və qocaları qaçırdığına, dəhşətli əməllərinə və zorlama aktlarına, Qəzza sakinlərini canlı qalxan kimi istifadə etdiyinə görə HAMAS-ı qınamayan, əksinə, öz vətəndaşlarını müdafiə edən demokratik İsraili pisləyən biri nə BMT-də xidmət edə bilər, nə də İsrailə daxil ola bilər", - İsrail XİN rəhbəri Kohen bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR