İsrail BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir

İsrail BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
# 14 aprel 2024 05:33 (UTC +04:00)

İsrail İranın hücumundan sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.

APA xəbər verir ki, bu barədə İsrailin təşkilatdakı daimi nümayəndəsinin Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda bildirilib.

“Hücumların şiddəti və miqyası sonsuzdur və İsrailin suverenliyinin, beynəlxalq hüququn və Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulmasıdır. İranı bu ciddi pozuntulara görə birmənalı şəkildə qınamaq və SEPAH-ı terror təşkilatı elan etmək, dərhal hərəkətə keçmək üçün Təhlükəsizlik Şurasının iclasını çağırmaq tələbini bir daha təkrar edirəm”, - məktubda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR