İsrail bütün piyada və zirehli briqadaları Qəzzaya yerləşdirir

İsrail bütün piyada və zirehli briqadaları Qəzzaya yerləşdirir
# 25 may 2025 02:01 (UTC +04:00)

İsrail ordusu bütün nizami piyada və zirehli briqadalarını Qəzza zolağına yerləşdirib.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, hazırda Qəzzada Givati, Qolani, Kfir, Nahal briqadalarının bölmələri, paraşütçülər, komandolar, 7-ci, 188-ci və 401-ci zirehli briqadaların qoşunları, həmçinin müəyyən sayda ehtiyatda olan hərbçilər var.

“The Times of Israel” qeyd edir ki, bu qüvvələr sektorda hərbi əməliyyatların daha da intensivləşdirilməsinə hazırlıq fonunda cəmlənir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR