İsrail ordusu "İslami Cihad"ın əməliyyat qərargahının rəhbərini zərərsizləşdirib

İsrail ordusu "İslami Cihad"ın əməliyyat qərargahının rəhbərini zərərsizləşdirib
# 11 noyabr 2024 02:18 (UTC +04:00)

İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının şimalına endirdiyi zərbələr zamanı Fələstinin radikal "İslami Cihad" qruplaşmasının əməliyyat qərargahının rəisi Məhəmməd Əbu Sahil öldürüb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Əbu Sahil əvvəllər Qəzza zolağının şimalında Fahed əs-Sabah məktəbi kimi xidmət edən binalar kompleksində tikilmiş komanda-idarə mərkəzinin içərisində məhv edilib.

Həmin şəxs “İslami Cihad” terror təşkilatının sıralarında mühüm fiqur olub, İsrail mülki əhalisinə və Qəzza zolağında fəaliyyət göstərən İsrail qoşunlarına qarşı hücumların və terror aktlarının HƏMAS hərəkatı ilə planlaşdırılmasında, həyata keçirilməsində və koordinasiyasında iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR