İsrail ordusu Livanda Hizbullahın iki əsas komandirini öldürüb

İsrail ordusu Livanda Hizbullahın iki əsas komandirini öldürüb
# 10 oktyabr 2024 11:37 (UTC +04:00)

İsrail ordusu Livanda Hizbullahın iki əsas komandirini öldürüb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvəlləri məlumat yayıb.

Bildirilib ki, İsrail hava zərbələri nəticəsində Livanın cənubunda iki Hizbullah komandiri - Əhməd Mustafa Əlhaj Əli və Məhəmməd Əli Həmədanı öldürülüb.

Məlumata görə, öldürülənlər İsrail ərazilərinə çoxsaylı tank əleyhinə raketlərin buraxılmasına cavabdeh olan Hizbullah komandirləridir .

Bundan əlavə İsrail ordusunun ötən gecə Livanın cənubunda və Beyrutda silah anbarlarına zərbələr endirdiyi qeyd olunub.

O da bildirilib ki, Beyrutdakı zərbələrdən əvvəl mülki şəxslərə dəyən zərəri məhdudlaşdırmaq üçün müxtəlif addımlar atılıb, təxliyə üçün əvvəlcədən xəbərdarlıq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR