İsrail Ordusu: Mövcud təhlükənin aradan qaldırılması üçün bütün addımlar atılacaq

İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Effi Defrin

© APA | İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Effi Defrin

# 19 iyun 2025 18:27 (UTC +04:00)

"Biz İrana nə nüvə silahı, nə də ballistik raketlər əldə etməyə imkan verəcəyik”.

APA xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Effi Defrin deyib.

O qeyd edib ki, ölkəsi istisnasız olaraq yalnız hərbi obyektləri, İran tərəfi isə mülki şəxləri hədəfə alıb:

“Biz hərbi əməliyyatı məhz bu səbəbdən başlamışıq. İranın nüvə silahı və ballistik raketlərə sahib olmasına imkan verə bilmərik. Bu, İsrail üçün qarşısıalınmaz bir təhdiddir. Ona görə də mövcud təhlükənin aradan qaldırılması üçün bütün addımlar atılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR