İsrail ordusu Qəzza zolağında döyüşlərdə daha 2 hərbçisini itirib

İsrail ordusu Qəzza zolağında döyüşlərdə daha 2 hərbçisini itirib
# 07 dekabr 2023 10:54 (UTC +04:00)

İsrail ordusu Qəzza zolağında gedən döyüşlərdə daha 2 hərbçisini itirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, son sutka ərzində 35-ci Hava Desant Briqadasının baş çavuşu və 89-cu Komando Briqadasının Xüsusi Qüvvələrinin hərbçisi Qəzza zolağının cənubundakı döyüşlərdə ölüb.

Bununla da, 31 oktyabrdan indiyə qədər İsrail ordusunun Qəzza zolağındakı yerüstü hərbi əməliyyatları nəticəsində 86 israilli hərbçi həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR