İsrail polisi aksiyanı dağıtmaq üçün su şırnağından istifadə edib - VİDEO - YENİLƏNİB

İsrail polisi aksiyanı dağıtmaq üçün su şırnağından istifadə edib  - VİDEO  - YENİLƏNİB
# 25 fevral 2024 06:41 (UTC +04:00)

İsrail hüquq-mühafizə orqanlarının əməkdaşları Təl-Əvivdə hökumət əleyhinə etiraz aksiyasının hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina edən 21 iştirakçını həbs ediblər.

APA-nın məlumatına görə, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

***

02.23

İsrail polisi Təl-Əvivdə hökumət əleyhinə keçirilən nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Tel-Əvivdə hökumət binaları kompleksi yaxınlığında yüzlərlə etirazçı təhlükəsizlik qüvvələrinin evlərinə qayıtmaq tələbinə məhəl qoymur" – məlumatda deyilir.

Agentliyin məlumatına görə, icazəsiz mitinq iştirakçıları növbədənkənar seçkiləri dəstəkləyən şüarlar səsləndirir və baş nazir Benyamin Netanyahunun istefasını tələb edirlər.

Hüquq-mühafizə orqanları Təl-Əvivdə Müdafiə Nazirliyi kompleksi yaxınlığında ictimai asayişi pozan beş nəfərin artıq həbs olunduğunu təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR