İsraili HAMAS-la danışıqlarda təmsil edəcək şəxslər məlum olub

İsraili HAMAS-la danışıqlarda təmsil edəcək şəxslər məlum olub
# 14 avqust 2024 19:25 (UTC +04:00)

İsraili Dohadakı Qəzza danışıqlarında təmsil edəcək şəxslərin adları açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə jurnalist Barak Ravid “X” hesabında yazıb.

O bildirib ki, müzakirələrdə “MOSSAD”ın direktoru David Barnea, Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar, habelə İsrail baş nazirinin beynəlxalq əlaqələr üzrə müşaviri Ofir Falk iştirak edəcək.

Bir qədər əvvəl İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser bildirib ki, HAMAS imtina etsə belə ölkəsi Qəzzada vəziyyətin nizamlanması üzrə danışıqlarda iştirak edəcək.

O, həmçinin rəsmi Təl-Əvivin bu görüşün uğurla nəticələnməsini istədiyini açıqlayıb.

Qeyd edək ki, İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman tərəflər arasında müzakirələrin avqustun 15-də Qətərin ev sahibliyi ilə təşkil olunacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR