İsrailin müdafiə naziri: Livanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün hərbi əməliyyat şərtdir

İsrailin müdafiə naziri Yoav Qalant

© APA | İsrailin müdafiə naziri Yoav Qalant

# 16 sentyabr 2024 21:35 (UTC +04:00)

İsrailin Livanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyat keçirməkdən başqa çarəsi yoxdur.

APA xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkəyə səfərə gələn ABŞ prezidentinin enerji və investisiyalar üzrə köməkçisinin müavini və baş müşaviri Amos Hokstin ilə görüşdə bildirib.

“İsrailin şimalında yaşayan sakinlərin evlərinə qayıtmasının yeganə yolu hərbi əməliyyatdır”, - nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR