İsrailin müdafiə naziri: "Qəzzada HƏMAS-ın yüzlərlə komandiri öldürülüb"

İsrailin müdafiə naziri: "Qəzzada HƏMAS-ın yüzlərlə komandiri öldürülüb"
# 10 dekabr 2023 01:40 (UTC +04:00)

İsrail ordusu Qəzza zolağında keçirdiyi əməliyyat zamanı Fələstinin HƏMAS hərəkatı ilə əlaqəli minlərlə yaraqlı və yüzlərlə silahlı birləşmə komandiri məhv edilib.

APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

Onun sözlərinə görə, HƏMAS-a qarşı çox böyük uğurlar var və bunun çox açıq təzahürləri görsənir.

Bildirib ki, Qəzza zolağında HƏMAS-ın bir çox obyektləri - tunellər, hərbi infrastruktur, silah-sursat anbarları məhv edilib. Bundan əlavə, kəşfiyyat məlumatları olan yüzlərlə kompüter ələ keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR