İsrailin son 24 saatda Qəzzaya endirdiyi zərbələr nəticəsində 98 nəfər həlak olub

İsrailin son 24 saatda Qəzzaya endirdiyi zərbələr nəticəsində 98 nəfər həlak olub
# 21 may 2025 07:56 (UTC +04:00)

İsrailin Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində azı 98 nəfər ölüb.

APA xəbər verir ki, bu məlumatı Qətərin “Əl-Cəzira” telekanalı Səhiyyə Nazirliyinə istinadən yayıb.

Telekanalın məlumatına görə, son 24 saat ərzində daha 300 nəfər xəsarət alıb.

Nazirliyin statistik məlumatına görə, İsrailin Zolaqda döyüşləri bərpa etdiyi martın 18-dən indiyədək 3427 nəfər həlak olub, 9647 nəfər yaralanıb.

Ümumilikdə Fələstin-İsrail qarşıdurmasının 2023-cü ilin oktyabrında qızışmasından bu yana ölənlərin sayı 53 573 nəfərə çatıb, 121 688 nəfər isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR