İsrailin Suriyanın mərkəzinə endirdiyi zərbələr nəticəsində azı 5 mülki şəxs həlak olub, 19 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə “SANA” agentliyinə Həma əyalətinin mərkəzində yerləşən Əl-Məşfə Əl-Vətəni xəstəxanasının direktoru Faysal Heydər bildirib.
“Ölənlərin əksəriyyəti Masyaf şəhərindəndir. Bir neçə xəstənin vəziyyəti ağırdır”, - xəstəxana direktoru vurğulayıb.