İsrailin Yəmənə endirdiyi zərbələr nəticəsində 6 nəfər ölüb, 80 nəfər yaralanıb - YENİLƏNİB-1

İsrailin Yəmənə endirdiyi zərbələr nəticəsində 6 nəfər ölüb, 80 nəfər yaralanıb - YENİLƏNİB-1
# 21 iyul 2024 16:17 (UTC +04:00)

İsrail Hərbi Hava Qüvvələrinin Yəmənin Hudeyda şəhərinin limanına hücumu nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hava zərbəsi nəticəsində 80 nəfər yaralanıb.

Yanğınsöndürmə dəstələrinin səylərinə baxmayaraq, hələ limanda yanğını söndürmək mümkün olmayıb.

***

20 iyul, saat 22.16

İsrail Hərbi Hava Qüvvələrinin Yəmənin Hudeyda şəhərinin limanına hücumu nəticəsində azı 3 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb.

Telekanalın məlumatına görə, daha 15 yəmənli yaralanıb.


***
20 iyul, saat 21:46

İsrailin Yəmənin Hudeydə şəhərinə hücumu nəticəsində bir nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Hücumda 12 təyyarənin iştirak etdiyi qeyd edilir.

Xəsarət alanların sayı barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR