İstanbulda Çin kəşfiyyatına işləmək şübhəsi ilə 6 nəfər saxlanılıb

İstanbulda Çin kəşfiyyatına işləmək şübhəsi ilə 6 nəfər saxlanılıb
# 20 fevral 2024 15:48 (UTC +04:00)

Türkiyə xüsusi xidmət orqanları İstanbulda 6 nəfəri Çin kəşfiyyatına işləmək şübhəsi ilə saxlayıb.

APA xəbər verir ki, bu barədə “Cümhuriyyət” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Saxlanılanların Türkiyədə yaşayan Çinin Sincan-Uyğur Muxtar Bölgəsindən (SUMR) olan insanların və yerli təşkilatların fəaliyyəti barədə məlumatlar topladığı iddia edilir. Əməliyyat səhər saatlarında İstanbul prokurorluğunun apardığı casusluq fəaliyyəti ilə bağlı araşdırma çərçivəsində həyata keçirilib. Casuslardan daha birinin axtarışları davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR